06.09.2010




















3 hakim həbs olundu



Ukraynalı referi isə ömürlük cəzalandı

Çində üç futbol hakimi həbs olunub. Ölkə polisi danışılmış oyunların təşkilində ittiham olunan Lu Tsyun, Xuan Tszyuntsze və Çjou Veysini saxlayıb. Bunlardan Tsyun DÇ-2002-də işləmiş hakimdir. Digər iki hakimdən Veysin 6 il öncə karyerasını başa vurub. FİFA hakimi olan Tszunyntsze ötən mövsüm Çin superliqasında ən yaxşı referi adını almağa namizəd olub.

Qeyd edək ki, Çində danışılmış oyunlarla bağlı xeyli adam həbs olunub. Martın 27-də başlanacaq Superliqada yeni mövsüm hakimlər korpusu 20 faiz dəyişilib.

Yeri gəlmişkən, UEFA-nın Nizam-İntizam Komitəsi (NİK) ukraynalı hakim Oleq Oryexovu (şəkildə) ömürlük cəzalandırıb. Belə ki, adıçəkilən referinin oyun alqı-satqısında iştirak etdiyi məlum olub. Amma NİK adıçəkilən hakimi fevral ayında bu əmələ görə 1 aylıq diskvalifikasiya etmişdi. Bundan əvvəl işi daha dərindən araşdıran NİK Oryexova daha sərt cəza tətbiq etməyi məqsədəuyğun hesab edib.

ÖLKƏ FUTBOLU | HƏMSÖHBƏT | XƏBƏRLƏR | TÜRKİYƏ | KÖŞƏ YAZILARI | DÜNYA FUTBOLU | FOTOQALEREYA