06.09.2010



















Zebina “Yuve”nin azarkeşlərini tənqid etdi


 

Avropa Liqasının 1/8 finalında “Fulhem” qarşısında darmadağın olan (bu haqda ətraflı 11-ci səhifədə oxu) “Yuventus”un müdafiəçisi Conatan Zebina oyundan sonra komandasının tərəfdarlarını tənqid atəşini tutub. Oyunun əlavə olunmuş dəqiqlərində qırmızı vərəqə alan 31 yaşlı futbolçu bir qrup xuliqanın təhqirinə məruz qaldığını etiraf edib: “Təxminən 30 xuliqan və irqçi tərəfdarın təhqiri ilə üzləşdim. Təəssüf ki, bir qrup azarkeş minlərlə kilometr yolu bu hərəkətdən ötrü qət edirlər. Oyundan əvvəl Felipe Melo və mənə söyüşlər yağdırırdılar. Çox məyusam. “Fulhem”in tərəfdarları bizi daha çox alqışladılar”.

ÖLKƏ FUTBOLU | HƏMSÖHBƏT | XƏBƏRLƏR | TÜRKİYƏ | KÖŞƏ YAZILARI | DÜNYA FUTBOLU | FOTOQALEREYA