06.09.2010



















Qus Hiddinkin Türkiyədə ilk əmri


 

Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink yeni vəzifədə ilk tapşırığını verib. Hollandiyalı çalışdırıcı köməkçiləri Oğuz Çətin və Engin İpekoğlunun xarici ölkələrə ezamiyyətə yollanmasını əmr edib. Beləliklə, Oğuz Çətin dünən Avroliqanın 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Volfsburq” - “Rubin” matçını izləyib. Türk çalışdırıcı qonaqların heyətində forma geyinən həmvətənləri Gökdəniz Karadəniz, Fatih Təkkə və Hasan Kabzenin oyunlarına diqqət göstərəcək. Daha sonra Oğuz Almaniyanın digər şəhəri Frayburqa gedərək, martın 20-də eyniadlı komandanın “Maynts”la görüşünə baxacaq. Yığmanın məşqçisi “Frayburq”un 21 yaşlı türk müdafiəçisi Ömer Torpakı diqqət mərkəzində saxlayacaq. Engin İpekoğlu isə martın 20-də Hamit və Halil Altıntop qardaşlarının bir-birlərinə rəqib olacaqları “Ayntraxt” - “Bavariya” görüşünə baxacaq.

Qeyd edək ki, Türkiyə və Azərbaycan yığmaları Avro-2012-nin seçmə qrup mərhələsində bir-birə rəqibdir. Qardaş ölkənin komandası bu il oktyabrın 12-də Bakıya təşrif buyuracaq.

 

ÖLKƏ FUTBOLU | HƏMSÖHBƏT | XƏBƏRLƏR | TÜRKİYƏ | KÖŞƏ YAZILARI | DÜNYA FUTBOLU | FOTOQALEREYA