06.09.2010




















Uşaqlar üşün seleksiya günü



 

Martın 25-də və 26-da, saat 9:00-dan 13:00-dək Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində (“Neftçi”nin keçmiş bazası) 1998-1999 və 1996-1997-ci il təvəllüdlü uşaqlar üçün AFFA tərəfindən  seleksiya günləri təşkil olunacaq. Seçim prosesində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, Texniki direktor Bernhard Lippert, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Oliver Pelzer və AFFA-nın seleksiyaçı-məşqçiləri iştirak edəcək.

Seleksiya prosesində iştirak etmək istəyən uşaqlar doğum haqqında şəhadətnamə və sağlamlıq haqqında arayışı AFFA-nın inzibati binasında Texiniki Departamentə təqdim etməlidirlər.

1998-1999-cu il təvəllüdlü uşaqlar üçün sənədlərin təqdim olunmasının son tarixi 23 mart, 1996-1997-ci il təvəllüdlü uşaqlar üçün isə martın 24-dür.

Əlaqə telefonları: +994 12 489 50 66, +994 55 202 71 17

Əlaqələndirici şəxs: Fuad Muxtarlı


 

ÖLKƏ FUTBOLU | HƏMSÖHBƏT | XƏBƏRLƏR | TÜRKİYƏ | KÖŞƏ YAZILARI | DÜNYA FUTBOLU | FOTOQALEREYA